CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava da evdən çıxmağın əleyhinədir

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var
Sputnik

BAKI, 23 mart — Sputnik. Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 6-9° isti, gündüz  13-17° isti, Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı  yerlərdə  zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti olacaq.