CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci maaşı koronavirusla mübarizəyə fəda etdilər

Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq  əmək haqqının müəyyən hissəsini fonda bağışlayıblar
Sputnik

BAKI, 23 mart — Sputnik. Milli Məclis rəhbərliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi də ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır. Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Parlament Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir.
Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq  əmək haqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər.