İQTİSADİYYAT

Kreditlər dondurulacaqmı?

"Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşmüş bu çətinlikdən olan ağırlığa dövlət şərik olacaq, onu yüngülləşdirməyə çalışacaq"
Sputnik

BAKI, 23 mart — Sputnik. Sosial izolyasiya tədbirləri çərçivəsində işləyə bilməyən vətəndaşların banklara olan kredit borclarını ödəməsi ilə bağlı çətinlikləri yarana bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı sualı ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu istiqamətdə yaradılmış xüsusi işçi qrup təkliflər hazırlayır: "Prezident İlham Əliyevin iqtisadi artımı saxlamaq və insanların müdafiəsini təmin etmək barədə Sərəncamı var. Hazırda kritik dövrdür, iqtisadi itkilərin vurduğu ziyanı minimallaşdırmaq üçün hökumətə tapşırıq verilib, işçi qrupları yaradılıb. Onlara 15 gün vaxt verilib. Aprelin 3-4-nə qədər təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq.

Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov da müsahibəsində bildirdi ki, kredit şərtlərinin yumşaldılması və vergilərlə bağlı hansısa təkliflər olacaq. Prinsip aydındır: Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşmüş bu çətinlikdən olan ağırlığa dövlət şərik olacaq, onu yüngülləşdirməyə çalışacaq".