CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağcabədidə yeniyetmə polisi bıçaqladı

Bıçaqlanan Nadim Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.
Sputnik

BAKI, 23 mart - Sputnik. Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmyerlisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. 

Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.