HADİSƏ

Sumqayıtda üzərinə hasar uçan fəhlə öldü

Fərdi yaşayış evlərindən birində fəhlə işləyən şəxsin üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.
Sputnik

BAKI, 22 mart — Sputnik. Sumqayıtda kişi daş hasarın altında qalaraq ölüb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib. 

Fərdi yaşayış evlərindən birində fəhlə işləyən şəxsin üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.