BAKI, 22 mart — Sputnik. Madridin “Real” klubunun bir neçə gün əvvəl koronavirusa yoluxmuş keçmiş prezidenti Lorenzo Sanz vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri xəbər yayıb.
İspaniyalı futbol mütəxəssisi yüksək hərarəti müşahidə edildikdən bir neçə gün sonra xəstəxanaya yerləşdirilmiş və COVID-19 üçün verdiyi yoxlamalar müsbət nəticə vermişdi.
76 yaşlı Sanz COVID-19 üçün yüksək risk kateqoriyasına daxil edilmişdi. O, martın 21-də dünyasını dəyişib.
Qeyd edək ki, Lorenzo Sanz 1995-ci ildən 2000-ci ilə qədər Madridin “Real” futbol klubunun prezidenti olub.