BAKI, 22 mart — Sputnik. Çində koronavirusa yoluxmuş on minlərlə insan simptomlar olmaması səbəbindən rəsmi statistikaya salınmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə South China morning Post yazıb.
Yeni informasiyaya görə, fevralın ortalarında ölkədə Covid-19 daşıyıcısı olan 43 mindən çox simptomsuz şəxs aşkar edilib. Onların hamısı karantinə götürülüb və nəzarət altında olub. Amma rəsmi statistikaya salınmayıblar. O zaman rəsmi rəqəmlərə görə ölkədə 80 min adam xəstələnib.
Beləliklə, Çində xəstələnənlərin ümumi sayı 125 mindən çoxdur.
Alimlər simptomsuz xəstələrin virusun yayılmasındakı rolunu öyrənə bilməyiblər. Amma Ümumdünya Səhiyyə Təşkilatı testi müsbət çıxan bütün şəxsləri koronavirus xəstəsi saymağı məsləhət görür.