BAKI, 21 mart — Sputnik. İyirmi min könüllü koronavirusa qarşı vaksinin tapılması naminə onların üzərində təcrübə aparılmasına razı olub.
Sputnik Azərbaycan “The Wall Street Journal”a istinadla xəbər verir ki, könüllülər Britaniyanın “hVIVO” qrupunun proqramına yazılıblar. Bildirilir ki, yeni tip koronavirusun müalicəsi üçün hələlik dərmanlar tapılmadığından könüllülər SARS-CoV-2 virusuna deyil, həmin ailədən oxşar virusa yoluxdurulacaqlar.
Yoluxmadan sonra onlar iki həftə karantində qalacaqlar. Təcrübədə iştirak edən hər kəsə 3500 Britaniya funtu ödəniləcək.