MƏDƏNİYYƏT

Dünya şöhrətli müğənnidə koronovirus tapıldı

“Məndə COVİD-19 testinin müsbət olduğu, məndə koronovirus tapıldığını xəbər verməyi mənəvi borcum hesab edirəm. Mən ailəmlə birgə tibbi nöqteyi-nəzərdən vacib olana qədər özünütəcrid şəraitində olacağam” – deyə Plasido Dominqo bildirib
Sputnik

BAKI, 22 mart — Sputnik. əfsanəfi ispaniyalı müğənni Plasido Dominqoda koronovirus aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

"Yuventus"un başı dərddə: o da koronavirusa yoluxdu

“Məndə COVİD-19 testinin müsbət olduğu, məndə koronovirus tapıldığını xəbər verməyi mənəvi borcum hesab edirəm. Mən ailəmlə birgə tibbi nöqteyi-nəzərdən vacib olana qədər özünütəcrid şəraitində olacağam” – deyə opera müğənnisi bildirib.

O, qeyd edib ki, ailə üzvlər özlərini yaxşı hiss edirlər. Amma onun özünün hərarəti qalxıb və öskürməyə başlayıb. Bundan sonra koronovirusla bağlı test verib.

Müğənni bütün pərəstişkarlarını tibbi göstərişlərə əməl etməyə - əllərini tez-tez yumağa, insanlardan məsafədə durmağa, eləcə də lüzumsuz yerə çölə çıxmamağa çağırıb.