CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan 34 vətəndaşını Rusiyadan təxliyə etdi

Azərbaycan vətəndaşlarının Bakıya yola salınması səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.
Sputnik

BAKI, 22 mart — Sputnik. Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın “Şeremetyovo” hava limanından Bakıya yola salınıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Azərbaycan vətəndaşlarının Bakıya yola salınması səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.

“Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın vətənə yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Burada səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.