CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eyni yerdə ikinci dəfə - Xəzərdə dalbadal zəlzələ oldu

Məlumata görə, yeraltı təkanlar 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib.
Sputnik

BAKI, 21 mart — Sputnik. Bu gün yerli vaxtla saat 19:43-də Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, dünən də Xəzər dənizinin 62 kilometr dərinliyində 3,1 bal gücündə zəlzələ olmuşdu.