RUSİYA

Rusiya sinəsini qabağa verdi – İtaliyaya yardım edəcək

Koronovirusdan daha çox əziyyət çəkən regionlarda işləyən italiyalı həkimlərə kömək üçün rusiyalı tibb işçilərini göndərəcək. Rusiya müdafiə vasitələri, tibbi ləvazimatlar, nəqliyyat və ərazinin dezinfeksiya edilməsi üçün “Kamaz” bazasında mobil komplekslər göndərəcək.
Sputnik

BAKI, 21 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin İtaliya hökumətinə koronovirusun yayılması ilə mübarizədə kömək göstərməyə söz verib. Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə o, İtalyanın Baş naziri Cüzeppe Konti ilə telefon danışığı zamanı bildirib.

Koronavirus olmasa idi, normal gün sayıla bilərdi

Kremldən bildiriblər ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub: “İtaliya tərəfinin müraciətini cavab olaraq Rusiya prezidenti vacib kömək göstərməyə hazır olduğunu təsdiq edib və konkret parametrləri izah edib”.

Moskva koronovirusdan daha çox əziyyət çəkən regionlarda işləyən italiyalı həkimlərə kömək üçün rusiyalı tibb işçilərini göndərəcək. Bundan əlavə, Rusiya müdafiə vasitələri, tibbi ləvazimatlar, nəqliyyat və ərazinin dezinfeksiya edilməsi üçün “Kamaz” bazasında mobil komplekslər göndərəcək.

Bütün yardımlar Müdafiə nazirliyinin xətti ilə təşkil olunacaq və Rusiya Hava Kosmik Qüvvələrinin təyyarələrindən istifadə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Bundestaqın “Almaniya üçün alternativ” partiyasından deputatı və Avropa Şurası Parlament Assambleyasının üzvü Ulrix Emre Rusiyadan İtaliyaya kömək göstərməyi xahiş edib.

Son məlumata görə, İtaliyada 24 saat ərzində 793 xəstə vəfat edib. Ölənlərin ümumi sayı 5 minə yaxınlaşıb.