Qonşuda ölənlərin sayı artır – 1500 nəfəri keçdi

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 1 556 nəfər olduğunu açıqlayıb.
Sputnik

BAKI, 21 mart – Sputnik. İranda daha 123 nəfər koronavirusun qurbanı olub.

Sputnik Azərbaycan xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 1 556 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 966 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 20 610 nəfərə çatıb.

K.Cahanpur həmçinin 7 635 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.