Gürcüstanda fövqəladə vəziyyət elan edilir

FV parlamentin iclasından sonra elan ediləcək. Bu günə qədər Gürcüstanda koronavirusa yoluxmuş 47 nəfər aşkar edilib. Hələlik ölüm halları yoxdur, bir nəfər sağalıb.
Sputnik

BAKI, 21 mart – Sputnik. Gürcüstan koronavirus pandemiyası ilə əlaqədar bir ay müddətində ölkədə fövqəladə vəziyyət elan edir.

Biznesmenlərə nömrə qoydular: koronavirusa görə
  Sputnik Gürcüstan xəbər verir ki, bununla bağlı bu gün keçirdiyi brifinqdə Baş nazir Georgi Qaxariya bildirib.

Bu günə qədər Gürcüstanda koronavirusa yoluxmuş 47 nəfər aşkar edilib. Hələlik ölüm halları yoxdur, bir nəfər sağalıb.

FV parlamentin iclasından sonra elan ediləcək.

Qeyd edək ki, hökumət pandemiya ilə bağlı martın 18-dən etibarən xüsusi hallar istisna olmaqla xaricilər üçün sərhədlərini bağlayıb. Dünən bütün Gürcüstan səması qapalı elan edilib. Bütün istiqamətlərə uçuşlar dayandırılıb.