HADİSƏ

Goranboyda qatar 3 yaşlı qızı öldürdü

676 seriyalı 4301 nömrəli elektrovoz 2017-ci iı təvəllüdlü Zeynəb Məmmədhəsənova vurub. Azyaşlı aldığı xəsarətlərdən ölüb
Sputnik

BAKI, 21 mart — Sputnik. Goranboyda elektrovoz 3 yaşlı qızı vurub öldürüb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə Muzdurlar kəndi ərazisində qeydə alınıb. 

676 seriyalı 4301 nömrəli elektrovoz 2017-ci iı təvəllüdlü Zeynəb Məmmədhəsənova vurub. 

Azyaşlı aldığı xəsarətlərdən ölüb.  Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.