SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Koronavirusa görə İrana tətbiq edilən sanksiyalar ləğv edilə bilərmi – politoloq şərhi

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, İranın atom nüvə proqramı dünya üçün koronavirusdan az təhlükəli deyil
Sputnik

“ABŞ-ın İrana qarşı qanunsuz sanksiyaları və digər ölkələrin buna əməl etməsi BMT qətnamələrinə zidd olmaqla yanaşı, qeyri-etik və insanlığa sığmayan bir addımdır”. Bu fikirlər İran prezidenti Həsən Ruhaninin koronavirusla bağlı müxtəlif ölkələrin liderlərinə ünvanladığı məktubda yer alıb.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, koronavirus pandemiyası ilə İrana tətbiq edilən sanksiyaların şərtləri fərqlidir:

“İranın atom nüvə proqramı dünya üçün koronavirusdan az təhlükəli deyil. Yaxın dövrdə İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılacağı inandırıcı deyil, amma İrana humanitar yardım edilə bilər”.

Sədrəddin Soltanın geniş şərhinəa audiofaylda qulaq asa bilərsiniz