Koronavirusun yayılma təhlükəsinə görə Azərbaycan sosial izolyasiya rejiminə keçib, bir çox müəssisələrin əməkdaşları evdən işləyirlər, teatr, muzeylər, kinoteatrlar, əyləncə mərkəzləri bağlanıb, idman tədbirləri ləğv edilib. Kafe və restoranlar saat 21-ə kimi işləyir.
Amma Novruz – yaz gəlib. Bu, hər yerdə özünü göstərir: ağacların çiçək açmasında, bayram süfrələrində, ləziz şirniyyatların qoxusunda, tonqalların işığında...
Sputnik Azərbaycan bütün həmvətənlərimizi Novruz Bayramı münasibəti ilə təbrik edir, hamıya sağlam qalmağı arzulayır!