CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ordusunda koronovirusla bağlı qabaqlayıcı tədbirlər keçirilir – VİDEO

Hərbi hissələrdə ərzaq məhsullarının qəbulu, saxlanması və emalı prosesinə, həmçinin qida hazırlanması texnologiyasına ciddi riayət olunur. Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, polivitaminlərlə təmin olunub.
Sputnik

BAKI, 20 mart – Sputnik. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

Azərbaycan ordusunda koronovirusla bağlı qabaqlayıcı tədbirlər keçirilir – VİDEO

Tibbi personal Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun mütəmadi təlimatlandırılır.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçirilərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib.

Azərbaycan ordusunda koronovirusla bağlı qabaqlayıcı tədbirlər keçirilir – VİDEO

Hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr, o cümlədən qoruyucu maskalar çatdırılıb və onların ehtiyatı mövcuddur. Binaların girişində fərdi qaydada dezinfeksiya üçün spirt tərkibli antiseptik məhlullar yerləşdirilib.

Şəxsi heyət arasında müvafiq maarifləndirmə işləri təşkil edilir və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.

Azərbaycan ordusunda koronovirusla bağlı qabaqlayıcı tədbirlər keçirilir – VİDEO

Hərbi hissələrdə ərzaq məhsullarının qəbulu, saxlanması və emalı prosesinə, həmçinin qida hazırlanması texnologiyasına ciddi riayət olunur. Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, polivitaminlərlə təmin olunub.

Qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəzarət buraxılış məntəqələrində qoruyucu geyimlə təmin edilmiş hərbi qulluqçular tərəfindən daxil olan şəxslərdə temperaturun ölçülməsi üçün xüsusi termometriya qurğusundan istifadə olunur. Həmçinin nəqliyyat vasitələrinin dezinfeksiya işləri yerinə yetirilir.