VİDEO

Novruz üçün rəngarəng çay süfrəsini necə tərtib etməli – VİDEO

Novruz bayramını qeyd etməyən, qonaq getməyən və öz evində qonaq qəbul etməyən azərbaycanlı ailəsini təsəvvür etmək qeyri-mümkündür. Novruz süfrəsini necə daha rəngarəng edə biləcəyinizi isə videomuzdan öyrənin.
Sputnik

Demək olar ki, bütün azərbaycanlı xanımlar Novruz süfrəsinin tərtibatına xüsusi önəm verirlər. Bişirəcəyi yeməkləri öncədən düşünür, masaya hansı qablarda verəcəyini dəqiqləşdirirlər.

Göründüyü qədər çətin deyil: Novruz süfrəsi üçün badambura resepti

Biz isə çay masasını tərtib etməyin üsulunu təklif edirik. “CoinCasa” mağazasının təmsilçisi Asiya Səmədova təklif edir ki, bayram üçün adi ağ masa örtüyü əvəzinə daha əlvan rənglərə üstünlük verək. Qab-qacaq seçimində isə yalnız eyni dəstdən olanlardan istifadə etməyək. Müxtəlif dəstləri bir araya gətirmək masaya maraqlı görünüş bəxş edir.

“Şəffaf qablar həm masanı vizual olaraq “ağırlaşdırmır”, həm də digər dekor detallarını daha da qabardır”, - deyə Asiya xanım məsləhət görüb.

Və təbii ki, heç bir Novruz masasını səməni, şamdan və gül dəstəsi olmadan təsəvvür etmək olmaz. Ümumiyyətlə, bu cür masa tərtibində heç bir məhdudiyyət yoxdur. Həmişə adət etdiyimiz əşyaları dekor detalı kimi istifadə edə, istədiyimiz qabları uyğunlaşdıra bilərik. Ən əsası fantaziyanı işə salmaqdır.

Bu cür tərtibatın necə göründüyünü isə videomuzda izləyin.