İQTİSADİYYAT

Buna da sevinərmişik – Neftin qiyməti 30 dolları keçdi

Brent markalı neftin qiyməti 30 dolları keçib, Amerikanın WTI markalı neftinin qiyməti isə 1,6 dollara yaxın artaraq 27 dollara qədər bahalaşıb.
Sputnik

BAKI, 20 mart – Sputnik. Dünya bazarında neftin qiyməti artmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, London birjasında Brent markalı neftin qiyməti 30 dolları keçib.

Bu, Brent markalı neftin 1,7 dollar və ya 6 faiz bahalaşması deməkdir.

Amerikanın WTI markalı neftinin qiyməti isə 1,6 dollara yaxın artaraq 27 dollara qədər bahalaşıb.

Qeyd edək ki, bahalaşma martın 18-də neftin qiymətinin son 20 ildə ən aşağı həddə düşməsindən sonra baş verib.