Kiyevdə fövqəladə vəziyyət elan olundu

Kiyevdə ümumilikdə 291 nəfər testdən keçirilib, 3 nəfərdə koronovirus tapılıb. Şəhər hökuməti 300 süni nəfəs aparatı və 39 təcili yardım maşını alıb.
Sputnik

BAKI, 20 mart – Sputnik. Ukraynanın paytaxtı Kiyevdə fövqəladə vəziyyət rejimi elan edilib. Sputnik Azərbaycan “Strana.ua”-ya istinadla xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası qərar verib.

Ukrayna paytaxtının merinin müavini Nikolay Povoroznik bəyan edib ki, bütün vacib tədbirlər FV rejimi elan edilməmişdən əvvəl tətbiq edilib.

Kiyevdə ümumilikdə 291 nəfər testdən keçirilib, 3 nəfərdə koronovirus tapılıb. Şəhər hökuməti 300 süni nəfəs aparatı və 39 təcili yardım maşını alıb.

Şəhər meri Vitali Kliçko insanlara evlərini tərk etməməklə bağlı çağırış edib.