Ekspert daşınmaz əmlakla bağlı tətbiq edilən yenilin mahiyyətini açıqladı

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, yeni tətbiq inteqrasiyanın bir növüdür
Sputnik

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi “Daşınmaz əmlak məlumatlarım” xidmətinin də “myGov” portalına interqasiyası həyata keçirilib.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, bu hökumətin elektoronlaşdırılması ilə bağlı aparılan konsepsiyanın tərkib hissəsidir:

“Gələcəkdə bu konsepsiya bütün dövlət strukturlarını əhatə edəcək.  Daşınmza əmlakla bağlı yeni tətbiq bu inteqrasiyanın bir növüdür. Bunun tətbiq olunması vətəndaşlar və dövlət qurumları gediş-gəlişi minimuma endirir”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz