BAKI, 19 mart - Sputnik. Brent markalı neftin qiyməti bu gün səhərdən yüksəlişə doğru keçib. Artıq onun qiyməti dünənə nisbətən 5,5% artıb. Bunu hərracların gedişi göstərir.
Belə ki, Brent-in may fyuçerslərinin qiyməti səhər saatlarında 27,11 dollara çatıb.
WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 12,48% artaraq 23,43 dollar olub.
Qeyd edək ki, dünən neftin qiyməti 13-21% düşüb. Brent 2003-cü mayın 12-dək olan minimumun səviyyəsinə enərək barelə görə 26 dollar, WTI isə 2002-ci il martın 1-dəki minimumuna çataraq barelə görə 23 dollar olub.