CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzaldan rayonlara sərnişin daşınması həyata keçirilir

Qeyd edək ki, bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək.
Sputnik

BAKI, 19 mart — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzaldan məlumat verib.

Xəbərdə bildirilir ki, reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə yazmaq olar.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.