CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq

"Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırıldıqdan sonra qərara alınıb ki"Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırıldıqdan sonra qərara alınıb ki
Sputnik

BAKI, 19 mart — Sputnik. "Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırıldıqdan sonra qərara alınıb ki, mart ayının 19, 20 və 21-i tarixlərində həm region qeydiyyatı olan sərnişinlərin, həm də Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin regionlara gedişləri təmin edilsin. Bu üç gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi rejimdə çalışacaq".

Sputnik Azərbaycan bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Bakı, Sumqayıt və Abşerona giriş bağlandı – Ara yollarda postlar qurulub

O vurğulayıb ki, regiona getmək istəyən sərnişinlərin gedişləri təmin olunacaq: "Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşünün təmin olunması nəzərdə tutulub. Region qeydiyyatında olan sərnişinlərdən xahiş edərdim ki, avtovağzallara "Bəlkə qayıda bilərəm" ümidi ilə yaxınlaşmasınlar. DANX və digər aidiyyəti strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq. 22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək".

Xatırladaq ki, koronavirus epidemiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırılıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq.