CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçi can hayında - Hərənin öz virusu

"Kaspersky" təşkilatları məsafədən iş rejiminə keçidlə bağlı viruslara yoluxma riskləri barədə xəbərdarlıq edir
Sputnik

BAKI, 19 mart — Sputnik. Koronavirusun yayılması ilə əlaqədar təşkilatlar işçilərini məsafədən iş rejiminə keçirməyə başlayıblar.

Sputnik Azərbaycan xəbər verir ki, "Kaspersky" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov yaranmış vəziyyəti şərh edərək, təşkilatlara məsafədən iş fəaliyyəti zamanı yoluxma risklərindən qorunmaq üçün faydalı məsləhətlər verib:

"İşçilərin evdən işləməsi ilə, ofislərlə məsafədən əlaqələrin sayı artacaq, işçilər ofis infrastrukturuna qoşulmaq üçün şəxsi cihazlardan istifadə edəcəklər. Bu müəyyən risklərə səbəb olacaq, buna görə də, təşkilatlar, xüsusən də əvvəllər bu iş üslubundan istifadə etməyən şirkətlərin təhlükəsizlik xidmətləri, əlavə tədbirlər görməlidirlər. Bu vəziyyətdə prioritet vəzifələr bunlardır: etibarlı əlaqəni təmin etmək, cihazın etibarlı olduğundan əmin olmaq, məsafədən iş zamanı kommunikasiya qaydaları haqqında razılığa gəlmək".

Şirkət nümayəndəsinin sözlərinə görə, trafik müdaxiləsinin qarşısını almaq üçün korporativ şəbəkə ilə əlaqələrin hamısı, məsələn, VPN tunellərindən istifadə edərək şifrələnməlidir, lazim gələrsə, ikisəviyyəli identifikasiyanı quraşdırmaq lazımdır. Əgər işçi korporativ cihazı evə aparırsa, çox güman ki, onun üzərindəki qoruyucu həllər artıq işləyir. Ev kompüterindən istifadə edərkən, potensial yoluxmuş cihazları ona qoşmaq riskini aradan qaldırmaq üçün bütün lazımi təhlükəsizlik proqram təminatlarının quraşdırıldığından əmin olmaq vacibdir.

"İş qaydaları haqqında razılaşmaq da vacibdir, belə ki, danışıqların, qarşılıqlı zənglərin təhlükəsiz şəraitdə aparılması və s. Bundan başqa həmkarlara kiber təhlükəsizliyin əsas qaydalarını xatırlatmaq lazımdır, yəni, yad adamların məktublarında gələn linklərə keçməməli, etibarlı şifrələrdən istifadə etməli və s.", - deyə o bildirib.