İQTİSADİYYAT

Neft 25 dollardan da aşağı düşdü

“Brent” sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu səviyyədə olub, WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.
Sputnik

BAKI, 17 mart — Sputnik. “Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 13,3%azalaraq bir barel üçün 24,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Bu barədə Sputnik AzərbaycanBloomberg-ə istinadən xəbər verir ki, sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu səviyyədə olub.

Agentlik bildirib ki, WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 20,4 ABŞ dollarıdır. WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.