BAKI, 18 mart - Sputnik. Avropa koronovirusdan ölüm hallarının sayına görə Asiyanı qabaqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu “BNO News”-in monitorinq məlumatları göstərir.
Ümumilikdə Asiyada COVİD-19 virusundan 3384 nəfər vəfat edib. Avropada isə bu rəqəm 3,4 mini keçib.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 205 mindən çox şəxs bu virusa tutulub. Onlardan 82 min nəfəri sağalıb, 8 mindən çox insan ölüb.