SƏHİYYƏ

Deputatlara da qadağa çatdı – Ezamiyyət və xarici səfərlər dayandırıldı

Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsi müvəqqəti dayandırılıb. Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsilə qəbul etməlidirlər.
Sputnik

BAKI, 18 mart — Sputnik. Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb.

Dövlət Agentliyinin çağrı mərkəzi işə düşdü: koronavirus xətti fasiləsiz işləyəcək

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Parlamentin Sədri Sahibə Qafarovanın Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncamında əksini tapıb.

Sərəncamda nəzərdə tutulan tədbirin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

Bundan əlavə, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsi müvəqqəti dayandırılıb. Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılıb ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın.

Sərəncama əsasən, Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsilə qəbul etməlidirlər.