BAKI, 18 mart — Sputnik. Almaniyanın Robert Kox İnstitutunun prezidenti Lotar Viler "COVID-2019" pandemiyasının bitəcəyi təxmini tarixi açıqlayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dünya hələ bir neçə il bu virusla mübarizə aparmalı olacaq.
O qeyd edib ki, koronavirus hələ iki il də yayıla bilər. Buna baxmayaraq, xəstəliyin yayılmasının qarşısının alınması vasitələri və vaksinlər onun yayılmasını əngəlləyə biləcək.
Viler həmçinin vurğulayıb ki, vaksin istənilən halda bütün yoluxanlara çatmaya bilər.
"Pandemiya dalğa şəklində inkişaf edir. Nə zaman o, dünya əhalisinin 60-70 faizini əhatə edə bilər?" - sualına cavabında Viler virusun illərlə davam edə biləcəyini bildirib.
Xatırladaq ki, son məlumatlara görə, dünyada 182,400 nəfər xəstəliyə yoluxub, 7100 nəfərdən çox xəstə ölüb, 79,400 nəfər sağalıb. Xəstəlik ötən ilin dekabrında Çinin Uhan şəhərində meydana gəlib.