MƏDƏNİYYƏT

"Avroviziya-2020" təxirə salındı

Qeyd olunub ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Sputnik

BAKI, 18 mart — Sputnik. "Avroviziya - 2020" beynəlxalq musiqi yarışması ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Avroviziya-2020"-nin rəsmi “Facebook” hesabında məlumat verilib. Qeyd olunub ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, "Avroviziya-2020" haqda yaxın günlərdə daha geniş açıqlama yayılacağı nəzərdə tutulur. Sözügedən yarışın Niderlandın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulurdu. Niderland Səhiyyə Nazirliyi tədbirin hətta auditoriyasız keçiriləcəyi təqdirdə belə, yarışın ləğv edilməsini tövsiyə edirdi.