ELM

Tətilin uzadılacağı ilə bağlı deyilənlərə rəsmi cavab verildi

Cəsarət Valehov bildirib ki, bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. İnsanlar yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmalı və belə məlumatlara əhəmiyyət verməməlidirlər
Sputnik

BAKI, 17 mart — Sputnik. Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Dövlət strukturları üçün Novruz tətili ləğv edildi – Koronavirus təhlükəsi

Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb.

"Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək", – deyə Valehov qeyd edib.