MƏDƏNİYYƏT

Rafael Dadaşov torpağa tapşırılıb

Bu gün Xalq artisti Rafael Dadaşovla yaşadığı evdə vida mərasimi keçirilib, daha sonra mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb
Sputnik

BAKI, 17 mart — Sputnik. Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov dəfn edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilib. Mərasim mərhumun yaşadığı evdə baş tutub.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.