SƏHİYYƏ

Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq

Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik müzakirə edilib
Sputnik

BAKI, 17 mart – Sputnik. Azərbaycanda özəl tibb müəssisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək.

ABŞ-da fövqəladə vəziyyət, Çindən gələn tibb ləvazimatlarına rüsum da ləğv olundu

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Dəyişiklik haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-ə qədər dayandırılıb:  “Lakin burada istisnalar mövcuddur. Bu istisnalar dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yaranan hallarda dövlət orqanlarına yoxlamalar aparmağa icazə verir. Dəyişikliyə əsasən, həmin istisnaya özəl tibb fəaliyyəti subyektlərində yoxlamalar da əlavə olunur”.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.