SƏHİYYƏ

Dünya üçün müjdə? Koronavirusa qarşı vaksinin sınaqları başlayıb

Ekspertlər deyirlər ki, hələ ki, yeni vaksinin və digər peyvəndlərin effektivliyini öyrənmək üçün bir neçə ay lazım olacaq.
Sputnik

BAKI, 17 mart — Sputnik. ABŞ-da koronavirusa qarşı vaksinin insan üzərində ilk sınaqları başlayıb. Sputnik AzərbaycanAssociated Press” agentliyinə istinadən xəbər verir ki, Sietl şəhərində yerləşən “Kaiser Permanente” tədqiqat mərkəzində dörd xəstəyə yeni vaksinin inyeksiyası vurulub.

“Koronavirus cinayəti” qanuna salınır – Cərimə və həbs

Vaksinin tərkibində “COVID-19” xəstəliyini yaradan koronavirusdan götürülmüş zərərsiz genetik kod var, lakin buna baxmayaraq vaksin insanda bu xəstəliyə səbəb ola bilməz.

Ekspertlər deyirlər ki, hələ ki, yeni vaksinin və digər peyvəndlərin effektivliyini öyrənmək üçün bir neçə ay lazım olacaq.

Yeni vaksinin inyeksiyası ilk dəfə olaraq bazar ertəsi Sietlda yaşayan 43 yaşlı iki uşaq anası Cenifer Hallerə vurulub.

“Bu mənim üçün inanılmaz bir fürsətdir ki, nə isə edim”, – Haller “Associated Press” agentliyinə bildirib.

Azərbaycanlı alim: “Koronovirusa qarşı 3-4 aya vaksin tapmağı düşünürəm”

Dünyanın hər yerində alimlər bu araşdırmanın nəticələrini izləyirlər.

Milli Səhiyyə İnstitutları tərəfindən maliyyələşdirilən bu araşdırma insanlar üzərində aparılan ilk belə testdir. Adətən bu cür peyvəndlər ilk növbədə heyvanların üzərində sınaqdan keçirilir, lakin bu dəfə sınaqlar bu prosedurdan yan keçib.

Lakin vaksinin hazırlanması ilə məşğul olan biotexnologiya şirkəti “Moderna Therapeutics” bildirib ki, vaksin sınaqdan keçirilmiş və təcrübəyə əsaslanan prosesdən istifadə edilərək yaradılıb.