BAKI, 17 mart – Sputnik. Birləşmiş Ştatların keçmiş vitse-prezidenti Co Bayden Demokrat Partiyasının Vaşinqton ştatında keçirilən praymerizinin qalibi olub. Bu barədə Sputnik Azərbaycan “Associated Press”-ə istinadən xəbər verir.
Ştat partiyanın qurultayında ABŞ prezidentliyinə namizədə səs verəcək 89 nümayəndə irəli sürəcək. Ekspertlər praymerizdə Baydenin əsas rəqibi – Vermon ştatından senator Berni Sandersin qələbə qazanacağını gözləyirdi.
Qeyd edək ki, ötən həftə sabiq vitse-prezident Sandersi Missuri, Missisipi, Miçiqan və Aydaho ştatlarında üstələmişdi.