Nur-Sultan və Almatı karantinə alındı

Koronavirusun yayılması ilə bağlı martın 16-dan aprelin 15-dək Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.
Sputnik

BAKI, 17 mart — Sputnik. Qazaxıstanın paytaxtı Nur-Sultan və Almatı koronavirusla bağlı karantinə götürülür. Sputnik Azərbaycan Tengrinews-a istinadən xəbər verir ki, hər iki şəhər xüsusi rejimə keçirilir.

Karantin martın 19-dan başlayır. Şəhərlərə giriş-çıxış, həmçinin ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bəzi növ daşımalar tamamilə dayandırılır. Bunda əlavə, şəhər rəhbərliyi ərzaq mağazaları, apteklər istisna olmaqla bütün mağazaları bağlamaq niyyətindədir. Restoran və kafelərdə ancaq çatdırılma xidməti işlək olacaq.

Qeyd edək ki, koronavirusun yayılması ilə bağlı martın 16-dan aprelin 15-dək Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.