CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QMİ: Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.
Sputnik

 

BAKI, 17 mart — Sputnik. Bu gün Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda qeyd edilir ki, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.

İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.