BAKI, 17 mart – Sputnik. Ermənistanda yeni növ koronavirusla bağlı fövqəladə vəziyyətin elan olunması bu ölkədə Konstitusiyaya dəyişikliklərin edilməsini də nəzərdə tutan referendumu təxirə salıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumatda vurğulanır ki, referendumun hansı tarixdə keçiriləcəyi hələ bəlli deyil. Lakin Ermənistan hökumətinin bu məsələyə koronavirsula bağlı vəziyyətin düzəlməsindən sonra geri qayıdacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib. Ermənistanın Səhiyyə naziri Arsen Torosyan öz “Facebook” səhifəsində yazıb ki, ölkədə koronavirusa yoluxanların sayı 64 nəfərə çatıb.