CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdən sifarişləri hələlik unudun: Poçt göndərişlərinin qəbulu dayandırıldı

Beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir
Sputnik

BAKI, 16 mart — Sputnik. “Azərpoçt” MMC beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti olaraq dayandırır.

Sputnik Azərbaycan-ın qurumun mıtbuat xidmətinə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb.

Beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün olmayacağı üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır.

Xatırladaq ki, beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.