İsraildən turistlərə sərt xəbərdarlıq – Ölkəni təcili tərk edin

Martın 14-dən İsraildə daha ciddi karantin tətbiq olunub. Belə ki, ölkədə əyləncə müəssisələri, həmçinin uşaq bağçaları və məktəblər də bağlanılıb.
Sputnik

BAKI, 16 mart — Sputnik. Bütün xarici turistlər hotellərdə qalmalı və ilk imkanda İsraili tərk etməlidirlər. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, İsrail hökuməti bu barədə müvafiq qərar verib.

Qeyd olunur ki, martın 14-dən İsraildə daha ciddi karantin tətbiq olunub. Belə ki, ölkədə əyləncə müəssisələri, həmçinin uşaq bağçaları və məktəblər də bağlanılıb. Ümumiyyətlə, bir məkanda 10 nəfərdən çox insan qalması qadağan olunur, həmçinin insanlara bir-birlərindən ən azı iki metr aralı olmaları tövsiyə olunur.