Avropa ölkəsində iki şəhər və 20 kəndə giriş-çıxış bağlandı

Ситуация в связи с эпидемиологической обстановкой в Южной Корее
Bu gün səhər saatlarında artıq 33 belə hal qeydə alınıb. Bu yaşayış məntəqələrində iş yerləri, həmçinin mağazalar və apteklərə getmək istisna olmaqla insanların hərəkətləri məhdudlaşdırılıb
Sputnik

BAKI, 16 mart — Sputnik. Çexiyanın şərqində, Olomoutsk diyarında koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı Litovel və Uniçov şəhərləri, həmçinin 20 kəndə giriş-çıxış bağlanılıb. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Olomoutsk diyarının rəhbəri Ladislav Okleştek yerli təhlükəsizlik şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bu yaşayış məntəqələrinin bağlanılması regionda koronavirusun sürətlə yayılması ilə bağlıdır. Bu gün səhər saatlarında artıq 33 belə hal qeydə alınıb. Bu yaşayış məntəqələrində iş yerləri, həmçinin mağazalar və apteklərə getmək istisna olmaqla insanların hərəkətləri məhdudlaşdırılıb”, - deyə Okleştek vurğulayıb.

O, həmçinin vurğulayıb ki, bu yaşayış məntəqələri ərzaq məhsullarından dərmanlara qədər lazım olan istənilən məhsullarla təchiz olunacaq. Çexiya Səhiyyə naziri Adam Voytexin sözlərinə görə, hazırda ölkədə 298 koronavirusa yoluxma halı qeydə alınıb.