CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 5 yaşlı uşaq iynə vurulandan sonra ölüb

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın yolda keçindiyi məlum olub. Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 16 mart — Sputnik. Bərdə rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, səhər saatlarında 5 yaşlı uşağın hərarəti artıb və ona ev şəraitində iynə vurulub.

Uşaq iynədən sonra anafilaktik şok keçirdiyi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın yolda keçindiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.