CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burun əməliyyatında ölən qadının ilkin diaqnozu açıqlandı - Rəsmi

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Qaxda burun əməliyyatı zamanı ölən qadının ölüm səbəbi bəlli olub. Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən verilən cavabda bildirilir ki, Qaxda burun əməliyyatında ölən qadının ilkin diaqnozu anafilaktik şokdur. Daha dəqiq məlumat isə ancaq ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.