CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qrup şəxs xəstəlik təhlükəsinə əhəmiyyət vermir

Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub..
Sputnik

BAKI, 16 mart — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin və 102,303 qram psixortop maddə metamfetamin aşkar edilib.

C.Abışov ifadəsində qeyd edib ki, narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə edib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram  910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Abışov və Ə.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.