"Türkiyə mövcudluğuna dair hər şeyi məhv etdik"

"Onlar məhv olunublar - radarlar, hava hücumundan müdafiə sistemləri. Bu hərbi əməliyyat nəticəsində türk hərbçiləri arasında ölənlər var"
Sputnik

BAKI, 15 mart — Sputnik. Liviyada Xəlifə Həftarın ordusu Mitiqa aerodromunu bombalayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nəticədə bir neçə türk hərbçi öldürülüb.

"Son günlər ərzində biz Tripolidə Mitiqa aerodromunun hərbi obyektlərinə zərbələr endirdik. Bunlar Misrata qruplaşmalarına məxsus deyil, onlar bilavasitə Türkiyə Silahlı Qüvvələrinindir. Onlar məhv olunublar - radarlar, hava hücumundan müdafiə sistemləri. Bu hərbi əməliyyat nəticəsində türk hərbçiləri arasında ölənlər var", - deyə Liviya Milli Ordusunun nümayəndəsi Əhməd əl-Misməri Qahirədə mətbuat konfransında deyib.

O qeyd edib ki, LMO Misrata rayonuna zərbə edərək "Türkiyə mövcudluğuna dair hər şeyi", o cümlədən hərbi anbarları məhv edib.

Mismərinin sözlərinə görə, ordu Tripolinin bir neçə rayonuna girib, amma sülh razılaşmasına əməl edir, sadəcə Milli Razılıq Hökuməti qüvvələrinin təxribatlarına cavab vermək üçün əməliyyat keçirir.