Azərbaycan Mərkəzi Bankında "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və aparıcı kommersiya banklarının rəhbərləri ilə birgə görüş keçirilib. AMB bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda banklar tərəfindən biznes üzrə kreditləşmə əməliyyatlarının aparılması onların fəaliyyət sahəsinə daxil olan məsələlərdən biridir:
“Banklar ehtimal üzrə həyata keçirəcəkləri əməliyyatları müəyyənləşdirirlər. Nəticə etibarilə bu da digər əməliyyatların da keçirilməsinə imkan yaradır. Bankların biznes kreditləri üzrə apardıqları əməliyyatlar istehsalın inkişafına xidmət edir. Faktiki olaraq, banklar bu əməliyyatların həyata keçirilməsində maraqlıdır”.