SƏHİYYƏ

ÜST-ün mütəxəssisləri xəstəxana və laboratoriyaları yoxlayıblar

Nümayəndə heyəti, hakimiyyət orqanları ilə birlikdə koronavirusa cavab tədbirlərinə dair strategiyanı daha da inkişaf etdirmək üzərində çalışıb
Sputnik

BAKI, 14 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyası öz işini başa vurub.

ÜST koronavirusla mübarizə üçün fond yaratdı!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a daxil olan məlumata görə, missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında koronavirusun yayılmasının qarşısını almaq və bütün pasiyentlərə qayğını optimallaşdırmaq üçün yoluxma hallarının erkən aşkarlanmasının prioritet olması tövsiyə edilib.

5 gün davam edən missiya zamanı ÜST-ün mütəxəssisləri şəhər və rayonlarda yerləşən xəstəxana və laboratoriyalara baş çəkib, koronavirusa yoluxmuş insanları aşkar və müalicə etmək üçün milli planı müzakirə ediblər. Nümayəndə heyəti, həmçinin hakimiyyət orqanları ilə birlikdə koronavirusa cavab tədbirlərinə dair strategiyanı daha da inkişaf etdirmək üzərində çalışıb.