RUSİYA

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Moksvanın dörd yüz kilometr (qatarla 4 saat) cənub-qərbi və siz Smolenskdəsiniz. Şəhər bəzən "Rusiya qalxanı" və ya "Moskvanın açarı" adlanır - qədim zamanlarda smolensklilər ilk dəfə düşmən zərbəsini qərbdən almışdılar.
Sputnik

BAKI, 14 mart — Sputnik. Moksvanın dörd yüz kilometr (qatarla 4 saat) cənub-qərbi və siz Smolenskdəsiniz. Şəhər bəzən "Rusiya qalxanı" və ya "Moskvanın açarı" adlanır - qədim zamanlarda smolensklilər ilk dəfə düşmən zərbəsini qərbdən almışdılar. Qala divarları və qüllələr boyunca gəzinti turistlər üçün proqramın məcburi hissəsidir. Gün ərzində 900 yaşlı kilsələri görə, hədiyyə olaraq Vyazma pryaniki və yerli markadan olan corab ala, axşam caz dinləyə bilərsiniz. Smolenskdə yaddaqalan bir həftə sonunu necə keçirmək olar - bu barədə RİA Novosti-nin fotolentində.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Bir versiyaya görə, şəhərə Smolnya çayının (qədim slavyan dilində "qara torpaq") adı verilib.

Digəri xatırladır ki, "Varyaqlardan yunanlara" gedən yolda böyük bir ticarət mərkəzi idi. Gəmilərin inşasında istifadə olunan qatranın məhz burada istehsal olunduğuna inanılır.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Demək olar ki, hər yerdə bir məbəd kompleksinin olduğu Kilsə dağını görə bilərsiniz.

Qala divarları XVI əsrin sonlarında qurulub. Onun çox hissəsi 1812-ci ildə Moskvadan geri çəkilən Napoleonun əsgərləri tərəfindən məhv edilib.

"İstehkamın bütün perimetri boyunca (bu 6,5 kilometrdir) - təpələrdən yuxarı və aşağıya doğru getdiyinizə əmin olun. Smolensk yaxınlığında dayanan düşmənlə eyni hissləri keçirəcəksiniz", - deyə bələdçi Natalya Mixaylovskaya tövsiyə edir. Ancaq tələsməliyik: 2021-ci ildə binanın bərpası planlaşdırılır.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Bütün Smolensk qalasında bir dənə də olsun, eyni cür qüllə yoxdur. Onların hündürlüyü və forması yerin relyefi ilə müəyyən edilib. Çoxlarının altında "slux"lar - mühasirə zamanı istehkamdan çıxmaq üçün xüsusi yerlər düzəldilib. 38 qüllədən 18-i salamat qalıb.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Uspenski kilsəsi qala divarının arxasında XVII əsrin əvvəllərində polyaklar tərəfindən dağıdılmış məbədin yerində tikilib. Vladimir Monomaxın rəhbərliyi altında XII əsrdə qurulan kilsə, geri çəkilən müdaxiləçilər yaxınlıqdakı barıt anbarlarını partladarkən dağılıb. Yalnız ikonstas və bəzəyin detalları qorunub saxlanılıb.

Kilsə orada mühafizə olunan şəhərin himayəçisi - müqəddəs Merkuri Smolenskinin qalıqları və onun dəmir səndəli ilə də məşhurdur.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Smolenskdə monqollaraqədərki dövrün memarlıq abidələri olan XII əsrin üç kilsəsi salamat qalıb. Ekskursovod Svetlana Bıçkovanın dediyinə görə, onların hamısı bu gün fəaliyyət göstərir. Bunlar Qorodyankadakı Pyotr və Pavel kilsəsi, İohan Boqoslov və Mixail Arxangel (onu həm də Svirskoy adlandırırlar) kilsələridir.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

"Şəhər Rusiyadakı on ən yaşıl şəhərdən biridir. Park və bağçaları tarixi mərkəzdə salınıb, qala divarının içərisində iki bağ var: Blonye və Lopatinski", - deyə Svetlana Bıçkova bildirib. "Burada 1812-ci ildə şəhərin müdafiəsinə həsr olunmuş Smolenskin ən qədim abidəsi yerləşir. Bu abidə 1845-ci ildə qurulub", - bələdçi əlavə edir.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Rəsmi olaraq, Blonye bağı indi Smolensk vilayətinin sakini olan Mixail Qlinkanın adını daşıyır. Tunc heykəl - bəstəkarın ilk abidəsi, 1885-ci ildə könüllü ianələr əsasında inşa edilib. Dinamiklərin köməyi ilə məşhur smolensklinin əsərləri yayımlanır. Parkın mərkəzində ətrafında piyada yolları olan musiqili fəvvarə var.

On beş il əvvəl qala divarının yaxınlığında faşistlərin ölüm düşərgələrinin əsirlərinə - uşaqlara həsr olunmuş "Qarsımış çiçəklər" abidəsi meydana gəlib.

Böyük Vətən Müharibəsinin tarixinə də eyni adlı muzey həsr edilib. "Orada sizə istənilən dövrlərə aid silahları göstərəcəklər və necə istifadə edildiyini başa salacaqlar", - Natalya Mixaylovskaya deyir.

Hətta şəhərdə XV-XVI əsrlərə aid ikonaları, Şişkin, Polenov, Repin, Surikov, Levitan, Vrubel, Korovin, italyan və holland rəssamlarının şəkillərini təqdim edən sənət qalereyasına da baş çəkməyə dəyər.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

"Memarlıq həvəskarlarına Smolenskə getmək məsləhətdir: burada ekletika, modern, konstruktivizm var. Binalar müharibədən sonra bərpa olunub. Lakin qədim tikililərdən yalnız xatirələr qalıb", - deyə Mixaylovskaya bildirir.

"Turistlərə mütləq "Mayakovski" barında olmağı məsləhət görürəm. Çox gözəldir, əla mətbəxi, mövsümi təamları və desertləri var. Şənbə axşamları orada caz konsertləri keçirilir. Pəncərənin yanındakı masada əyləşib pəncərədən süzülən yağış damcılarına baxaraq xəyal qurmaq olar", - Mixaylovskaya davam edir.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

"Del Mar" ilbiz barı isə necə deyərlər, məhrəmanə ortamı olan yerdir. Böyük molyusk seçimi var, hamısı da təzədir. Hətta Culiya Robertsin "Gözəlçə"dəki qəhrəmanı kimi tanış olmayan masa alətlərini görəndə özünü itirsən, sənə mütləq onlardan istifadə etməyi öyrədəcəklər", - Natalya qeyd edir.

Maqnot, açıqca, şəhərin mənzərəsi olan gil məhsullardan əlavə, Smolenskdən qeyri-adi suvenirlər də gətirilir. Məsələn, inqilabdan əvvəl Tula pryanikindən məşhur olan Vyazma pryaniklərini. Ballı-qozlu, araxis və ya badamlı" - Svetlana Bıçkova deyir. "Bu desert barədə Puşkin yazıb: Moskva gəlinləri, Vyazma pryanikləri ilə məşhurdur", - o əlavə edir.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı

Smolensk konfektləri, məhz konfektləri, şirəli siropdakı meyvələr, əsasən alma və armudlardır. Təbii və dadlı məhsul qədim texnologiya üzrə hazırlanıb. Bir də burada smokva, pastila, tərkibinə yalnız kakao və qənd daxil olan şokoladı alırlar.

Natalya Mixailovskaya deyir ki, oradan özünüzə brilyant da gətirə bilərsiniz - ən böyük almaz emalı müəssisəsi Smolenskdə yerləşir,

Və hər şeydən əlavə, özünüzə corab alın. Yerli corab fabriki xüsusi məhsullar - kosmonavtlar üçün məmulatlar da istehsal edir.

Smolenskdə həftə sonu. Nəyə baxmalı və nə almalı