İQTİSADİYYAT

Neftin qiymətlərini yaxın dövrdə nə gözləyir – ekspert şərh edir

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, mövcud şərtlər ABŞ-da neft hasilatını qorumağa imkan vermir
Sputnik

“Neftin qiymətləri ilə bağlı vəziyyəti proqnozlaşdırmaq hazırda kifayətə qədər mürəkkəbdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Ekspert bildirib ki, bu situasiyadan öncə də neftin qiymətinin azalacağı proqnozlaşdırılırdı:

“Rusiya tərəfinin açıqlamaları göstərir ki, OPEK-lə hansısa razılığa getməyə meyilli deyil. İndiki halda qiymətlərin yaxın müddətdə bahalaşacağını müəyyənləşdirmək çətindir. Amma mövcud şərtlər ABŞ-da neft hasilatını qorumağa imkan vermir, çünki şist neftin maya dəyəri yüksəkdir. Bu prosesin bir neçə ay davam etməsi növbəti dövrdə təklifin şist neftinin hasilatının dayandırılması fonunda azalmasına gətirib çıxara bilər. Bu da öznövbəsində bazarda qiymətlərin müəyyən qədər optimallaşmasına şərait yarada bilər”.

Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz